MD Simulyasiya app icon

MD Simulyasiya

EZGIL MEDICAL TECHNOLOGIES MMC

★ 0.00 ratingsEducationFree

Description

Həkim olmaq xəyalı quran və ya tibbi sahədə təhsil alan hər kəs üçün real təcrübə yaşamaq çox önəmlidir! “MD Simulyasiya” mobil tətbiqi, tibbi bilikləri praktikada sınamaq, xəstəliklərin gedişatını anlamaq və müxtəlif klinik hallarda qərarvermə bacarıqlarını inkişaf etdirmək üçün xüsusi olaraq hazırlanmışdır. Bu tətbiq sayəsində istifadəçilər real klinik ssenarilər üzərində işləyərək həkimlərin gündəlik qərarlarını simulyasiya edə, diaqnoz qoya və müalicə metodlarını sınaqdan keçirə bilərlər. “MD Simulyasiya” mobil tətbiqi ilə nələr edə bilərsiniz: Müxtəlif xəstəlik halları üzrə klinik simulyasiyaları izləmək və həll etmək Xəstə məlumatlarını (anamnez, laborator nəticələr, analizlər) qiymətləndirmək Fərqli diaqnostik testlər seçmək və nəticələrinə əsasən qərar vermək Müalicə planı hazırlamaq və onun nəticələrini müşahidə etmək Təlim modullarında tibbi biliklərinizi sınamaq Virtual xəstələrlə qarşılıqlı əlaqədə olmaq və qərarlarınızın nəticəsini görmək Tibbi sahədə yeni başlayan tələbələr üçün öyrədici qaynaqlara çıxış əldə etmək Və daha çox! Hər bir tibb tələbəsi və ya həkim namizədi real xəstələrlə işləmədən öncə öz biliklərini təhlükəsiz mühitdə sınaqdan keçirmək istəyir. “MD Simulyasiya” mobil tətbiqi məhz bu məqsədlə hazırlanıb – təcrübə, öyrənmə və inkişaf üçün ideal vasitədir!